...

Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2016 12:18 (UTC +04:00)
Dünyada hər il ənənəvi olaraq qeyd olunan “Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə də müxtəlif kütləvi tədbirlər keçirilir.
Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib (FOTO)

Bakı. Trend:

Dünyada hər il ənənəvi olaraq qeyd olunan “Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə də müxtəlif kütləvi tədbirlər keçirilir. Azərbaycanda “Beynəlxalq dəniz günü” “Xəzər həftəsi” adı altında ənənəvi olaraq praktiki və maarifləndirici aksiyalarla qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Xəzər həftəsi” çərçivəsində keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi” ilə bağlı hazırlanmış müvafiq tədbirlər planına əsasən 1 oktyabr 2016-cı il tarixində ETSN-in müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət ilə birgə Hövsan-Türkan çimərliyinin ərazisində iməcilik keçirilib.

Ümumilikdə 200-dən artıq insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 10 kubmetrdən artıq tullantılardan təmizlənib.

Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti