...

Sabah hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 1 Oktyabr 2016 12:17 (UTC +04:00)
Oktyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.
Sabah hava əsasən yağmursuz olacaq

Bakı. Trend:

Oktyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Yarımadada havanın temperaturunun gecə 13-16°, gündüz 20-23°, Bakıda isə gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.

Əksər rayonlarda da əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti