...

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 1 Oktyabr 2016 12:35 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlamadan əvvəl nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilən sürücü gömrükçülərə yox cavabı verib.

Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə sürücünün gömrük əməkdaşlarını aldatmağa çalışdığı üzə çıxıb. Belə ki, avtomobilin salonundan və mühərrik yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstanın aksiz markası ilə markalanan ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti