...

Zığ-Hövsan yolunun bir hissəsi bağlanır - 15 gün

Cəmiyyət Materials 1 Oktyabr 2016 15:13 (UTC +04:00)
Oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.
Zığ-Hövsan yolunun bir hissəsi bağlanır - 15 gün

Bakı. Trend:

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə başlanacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti