...

Qaradağ rayonunda Ahıllar günü (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2016 15:35 (UTC +04:00)
Qaradağ rayonunda Ahıllar günü qeyd edilib.
Qaradağ rayonunda Ahıllar günü (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda Ahıllar günü qeyd edilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq, Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və çıxışında qeyd edib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərilir: "Belə ki, rayon İcra Hakimiyyəti Başçısının aparatı ahıllarla daim sıx əlaqə saxlayaraq, onların problemləri, gündəlik qayğıları ilə mütəmadi məşğul olur.

Respublikamız müstəqillik əldə etdikdən sonra BMT-nin 14.12.1990-cı ildə çıxardığı qərara əsasən 01.10.1991-ci ildən mütəmadi olaraq qeyd edilən ahıllar günü münasibəti ilə hər il bir neçə nəfər müqəddəs dini ziyarətgahlara - Məkkə, Mədinə, Kərbəla şəhərlərinə göndərilir. Belə tədbirlərin keçirilməsini mənəvi borc hesab edilir.

Rayonda yaşayan ahıllarımızın, ağsaqqallarımızın rayonun ictimai-siyasi həyatında fəal iştirakını, onların rayon Ağsaqqallar Şurasındakı fəaliyyətləri təqdir edilir".

Tədbirdə qeyd edilib ki, bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsl vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmayıb.

Rayon Ağsaqqalar Şurasının sədri Təhməz Abbasov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır: "Bütün dünyada beynəlxalq təşkilatlar tərəfindən hər il Ahıllar günü münasibəti ilə geniş həcmli tədbirlər həyata keçirilir, kimsəsiz qocalara yardımlar göstərilir.

Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: "Qocalara hörmət et, səndə qocalacaqsan!"

Ağsaqqallar həmişə respublikada gedən seçki və referendumlarda , ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak etmişlər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər".

Ahıllar günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 100 nəfər ahıla ərzaq sovqatı verilib, onlara uzun ömür, cansağlığı arzu edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti