...

Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ

Cəmiyyət Materials 6 Oktyabr 2016 12:50 (UTC +04:00)
Ötən aylar ərzində Bakıya gələn ərəb turistlərin sayının xeyli artmasında Bakıda keçirilən Formula - 1 Avropa Qran Prisinin də rolu var. Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən aylar ərzində Bakıya gələn ərəb turistlərin sayının xeyli artmasında Bakıda keçirilən Formula-1 Avropa Qran Prisinin də rolu var.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Bakıda keçirilən Avropa Qran Prisi ilə bağlı ərəb ölkələrində geniş təbliğat işi aparılmış, videoçarxlar nümayiş etdirilmiş və ölkəmiz barədə geniş məlumat təqdim edilmişdi.

Bakıda növbəti Formula-1 yarışlarının ilkin tarixi müəyyən olunub

Bakıda növbəti Formula-1 yarışlarının ilkin tarixi müəyyən olunub

Onun sözlərinə görə, aparılan işlər öz nəticəsini verib və ərəb ölkələrində Avropa Qran Prisinə böyük maraq yaranıb:

"Formula-1 Avropa Qran Prisi yarışlarına bilet alanların içərisində ərəb ölkələrinin vətəndaşları üçüncü yerdə olub. Bu baxımdan hesab edirəm ki, çoxlu sayda ərəb turistlərin Azərbaycana gəlməsində Formula-1 Avropa Qran Prisinin də rolu olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti