...

Xəstəxana: Tovuzda mis qabdakı yeməkdən zəhərlənənlərin vəziyyəti orta ağırdır (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Oktyabr 2016 17:20 (UTC +04:00)
Tovuzda qidadan zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilən Çeşməli kənd sakinlərinin müalicəsi davam etdirilir.
Xəstəxana: Tovuzda mis qabdakı yeməkdən zəhərlənənlərin vəziyyəti orta ağırdır (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Tovuzda qidadan zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilən Çeşməli kənd sakinlərinin müalicəsi davam etdirilir. Bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda deyilir ki, zəhərlənən şəxslərin vəziyyəti orta ağır olaraq qalmaqdadır: "Xəstələrə göstərilən tibbi yardım nəticəsində onlarda qusma və başgicəllənməsi hallarının qarşısı alınıb, hərarət normaya endirilib. Amma vəziyyətləri tam yaxşı olmadığından hələ ki xəstəxanada saxlanılırlar".

Xatırladaq ki, kənd sakinlərin birinin evində təşkil olunan məclisdə bəzi qonaqlar mis qabda saxlanan yeməkdən yedikdən sonra özlərini pis hiss ediblər və Tovuz Rayon Mərkəzi Xəstəxanasına gəliblər.

Onlardan 8 yaşlı Xəyal Həsənov, 9 yaşlı Zöhrə Xəlilova, 13 yaşlı Əfsanə Yusibova, 25 yaşlı Ədalət Həsənov, 18 yaşlı Şəhla Yusibova, 20 yaşlı Əli Abbasovun vəziyyəti ağır olduğundan onlar xəstəxanaya qəbul edilib.

Foto və video - ARB TV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti