...

Akif Əlizadə: AMEA sahibkarlıqla məşğul olacaq

Cəmiyyət Materials 6 Oktyabr 2016 16:47 (UTC +04:00)
“Elm haqqında” qanunla Azərbaycan Milli Elmlər Akademiyasına sahibkarlıqla məşğul olmaq hüququ verilib.
Akif Əlizadə: AMEA sahibkarlıqla məşğul olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

“Elm haqqında” qanunla Azərbaycan Milli Elmlər Akademiyasına sahibkarlıqla məşğul olmaq hüququ verilib.

Bunu Trend-ə AMEA prezidenti Akif Əlizadə deyib.

AMEA prezidenti qeyd edib ki, bununla bağlı çox işlər görməyi nəzərdə tuturlar: “Bizim əsas işlərimizdən biri də elə kommersiya olmalıdır. AMEA elmi yenilikləri kommersiyalaşdırılmış şəraitə gətirib pul qazanmalıdır”.

AMEA-nın hansı sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəyinə gəldikdə, A.Əlizadə qeyd edib ki, bu, kimya, fizika, geologiya, neft geologiyası sahəsi üzrə ola bilər: “Bizim Biologiya bölməsinin institutları da, o cümlədən Torpaqşünaslıq İnstitutu da bu istiqamətdə tədbirlər görə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti