...

"Gəzən kitabxana III" layihəsinə start verilir

Cəmiyyət Materials 8 Oktyabr 2016 13:11 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verilir.
"Gəzən kitabxana III" layihəsinə start verilir

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürəcək layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. İlin sonuna qədər “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondunun, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti