...

6549 müraciət həllini ASAN-da tapıb

Cəmiyyət Materials 10 Oktyabr 2016 12:31 (UTC +04:00)
ASAN xidmət mərkəzlərində 6549 müraciət həllini tapıb.
6549 müraciət həllini ASAN-da tapıb

Bakı. Trend:

ASAN xidmət mərkəzlərində 6549 müraciət həllini tapıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 6549 müraciət daxil olub.

Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti