...

Səhiyyə Nazirliyi xəstəxanada qadının mikroba yoluxması ilə bağlı məlumatlara aydınlıq gətirdi

Cəmiyyət Materials 11 Oktyabr 2016 14:35 (UTC +04:00)
Sumqayıt şəhər 1 saylı Doğum evində uşaq dünyaya gətirən Əliyeva Aliyə Səyyad qızının həmin tibb müəssisəsində infeksiyaya yoluxması ilə bağlı deyilən məlumatlar düzgün deyil.
Səhiyyə Nazirliyi xəstəxanada qadının mikroba yoluxması ilə bağlı məlumatlara aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıt şəhər 1 saylı Doğum evində uşaq dünyaya gətirən Əliyeva Aliyə Səyyad qızının həmin tibb müəssisəsində infeksiyaya yoluxması ilə bağlı deyilən məlumatlar düzgün deyil.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qadın heç bir infeksiyaya yoluxmayıb: "Sadəcə olaraq, onun səhhətində müəyyən problemlər olub. Hazırda isə o, səhhətindəki problemləri ilə əlaqədar Respublika Kliniki Xəstəxanasında müalicə edilir".

Qadının uşağı qeysəriyyə kəsiyi ilə dünyaya gətirməsinin səbəbinə gəldikdə isə, S.Əhmədova deyib ki, ana bətnində olan uşağın çəkisi 4 kq-dan çox olduğundan A.Əliyevavnın təbii doğuşla uşaq dünyaya gətirməsi mümkün olmayıb. Buna görə də uşaq qeysəriyyə kəsiyi əməliyyatı vasitəsilə dünyaya gətirilib.

Qeyd edək ki, Fərqan Əliyev həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul edildiyini, lakin sonradan onun üzərində qeysəriyyə əməliyyatı aparıldığını, eyni zamanda həyat yoldaşının xəstəxanada mikroba yoluxduğunu iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti