...

Səhiyyə Nazirliyi: Krandan daş düşməsi nəticəsində yaralananlardan biri əməliyyat edildi

Cəmiyyət Materials 12 Oktyabr 2016 10:45 (UTC +04:00)
Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti yaxşılaşmağa doğru dəyişir.
Səhiyyə Nazirliyi: Krandan daş düşməsi nəticəsində yaralananlardan biri əməliyyat edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti yaxşılaşmağa doğru dəyişir.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alaraq Kliniki Tibbi Yardım Mərkəzinə yerləşdirilən 3 nəfərin vəziyyəti ağır stabildir. Onlardan biri dalağında yaranan problemlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Zərərçəkmiş 3 şəxs hazırda reanimasiya şöbəsindədir.

Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan biri qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti