...

Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda avtoqəzada xəsarət almış şagirdlərə baş çəkib

Cəmiyyət Materials 12 Oktyabr 2016 12:30 (UTC +04:00)
Təhsil Nazirliyinin əməkdaşları dünən Sabirabad rayonunda baş vermiş avtoqəza nəticəsində xəsarət almış şagirdlərə baş çəkiblər.
Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda avtoqəzada xəsarət almış şagirdlərə baş çəkib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin əməkdaşları dünən Sabirabad rayonunda baş vermiş avtoqəza nəticəsində xəsarət almış şagirdlərə baş çəkiblər.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru Cəsarət Valehovun facebook səhifəsində yazıb.

“Avtoqəza nəticəsində xəsarət almış məktəblilər - Rəşad, Vüsal, Ağamirzə Bakıda Travmatologiya İnstitutunun "Uşaq travmatologiya" şöbəsində müalicə alırlar. Bu gün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları da tezliklə onlara çatdıracağıq. Eyni zamanda bu gün Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda baş vermiş avtoqəza nəticəsində həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər. Allah həlak olan balamıza rəhmət etsin. Xəsarət alanlara şəfa versin!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti