...

Məscidlərdə Aşura ilə bağlı qanun pozuntusu olmayıb

Cəmiyyət Materials 12 Oktyabr 2016 13:15 (UTC +04:00)
Hər il olduğu kimi, bu il də Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə tədbirlər görüb.
Məscidlərdə Aşura ilə bağlı qanun pozuntusu olmayıb

Bakı. Trend:

Hər il olduğu kimi, bu il də Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə tədbirlər görüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidlərdə nəzarət gücləndirilib: "Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərilib ki, məscidlərdə ayinlər qanunauyğun şəkildə keçirilsin. "Təzə Pir" məscidində qanvermə aksiyasında iştirak edirik. Hələ ki, regionlardakı məscidlərdə qanun pozuntusunun olması barədə məlumat daxil olmayıb. Ümumilikdə, bu il məscidlərdə ayinlər qanun çərçivəsində təşkil olunub. Bütün məscidlərdə qanvermə aksiyası keçirilir. Bu, Azərbaycanda bir nümunə kimi özünü doğruldub. Azərbaycanın bu təcrübəsi Türkiyədə də yayılıb. Artıq orada da həmin gün qanvermə kampaniyası keçirilir. Bu təşəbbüs eyni zamanda, İranda dəstəklənir. Əgər həmin gün insanlar müəyyən yollarla qan çıxarmaq istəyirlərsə, bu aksiyaya qoşulmaqla qan verə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti