...

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Cəmiyyət Materials 18 Oktyabr 2016 09:10 (UTC +04:00)
Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq.
Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq. Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq.

Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqimatı yaxın zamanlarda baş tutacaq".

Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti