...

Nazirlik: Azərbaycan almalarının Rusiyadan geri qaytarılması...

Cəmiyyət Materials 13 Oktyabr 2016 17:28 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulunda zərərvericilərin aşkar olunması ilə bağlı məlumata münasibət bildirib.
Nazirlik: Azərbaycan almalarının Rusiyadan geri qaytarılması...

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulunda zərərvericilərin aşkar olunması ilə bağlı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulunda karantin zərərverici hesab olunan şərq meyvəyeyəninin aşkar olunması və maşının geri qaytarılması barədə nazirliyə heç bir məlumat daxil olmayıb və belə bir fakt aşkar edilməyib.

Qeyd edək ki, RF Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin saytında “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulu üzərində aparılan fitosanitar baxış zamanı karantin zərərverici hesab olunan şərq meyvəyeyəninin (Grapholithamolesta Busck) aşkar olunması və avtomobilin Rusiya ərazisinə daxil olmasına qadağa qoyulması barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti