...

Mikayıl Cabbarov: Qəbul imtahanlarında 600-dən çox bal yığanların sayı 30% artıb

Cəmiyyət Materials 14 Oktyabr 2016 12:02 (UTC +04:00)
Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.
Mikayıl Cabbarov: Qəbul imtahanlarında 600-dən çox bal yığanların sayı 30% artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində deyib.

Nazir qeyd edib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67% təşkil edib:

"Əgər hər bir sinifdə 3 şagirddən 1-i uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən 2-si yaxşı nəticə əldə edib. Amma yenə də biz təhsil sisteminin fəaliyyəti və keyfiyyətini yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür. Son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var. Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, resursların bu işə yönəldilməsi və digər səbəblər bizə imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti