...

Xəbərdarlıq: şimşək, dolu, qar, güclü külək

Cəmiyyət Materials 14 Oktyabr 2016 13:00 (UTC +04:00)
Sinoptiklər Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər.
Xəbərdarlıq: şimşək, dolu, qar, güclü külək

Bakı. Trend:

Sinoptiklər Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6° aşağı enəcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti