...

Akif Əlizadə: AMEA yeni standartlar müəyyən edib

Cəmiyyət Materials 17 Oktyabr 2016 10:19 (UTC +04:00)
Elm və təhsilin inteqrasiyasının səmərəliliyini artırmaq, müasir standartlara uyğun təşkil etmək məqsədi ilə AMEA-da doktoranturaya qəbul imtahanları üzrə beynəlxalq standartlara uyğun yeni tələblər müəyyənləşdirilib.
Akif Əlizadə: AMEA yeni standartlar müəyyən edib

Bakı. Trend:

Elm və təhsilin inteqrasiyasının səmərəliliyini artırmaq, müasir standartlara uyğun təşkil etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul imtahanları üzrə beynəlxalq standartlara uyğun yeni tələblər müəyyənləşdirilib. Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin inteqrasiyasına daha səmərəli nail olmaq, ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura yaradılıb və bir çox prioritet ixtisaslar üzrə qəbul həyata keçirilib.

AMEA prezidenti bildirib ki, müstəqillik illərində elm və təhsilin inteqrasiyası sahəsində əldə edilən uğurlardan biri kimi doktorluq təhsilini və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd etmək lazımdır: “Son illərdə AMEA-nın bir sıra institutlarında ölkənin aparıcı təhsil müəssisələrinin 10-dan artıq baza kafedrası yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb və müxtəlif fənlər üzrə respublika olimpiadaları keçirilib".

A.Əlizadə əlavə edib ki, Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” müvafiq sərəncamının icrası ilə əlaqədar son illər AMEA-nın xeyli sayda gənc alimi dünyanın elmi mərkəzlərinə göndərilib və bu proses akademiyada fasiləsiz olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti