...

Azərbaycan FAO-nun Regional Komissiyasına sədrlik edəcək - 2 il

Cəmiyyət Materials 17 Oktyabr 2016 11:14 (UTC +04:00)
Özbəkistanın Daşkənd şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) növbəti 5-ci Sessiyası keçirilib.
Azərbaycan FAO-nun Regional Komissiyasına sədrlik edəcək - 2 il

Bakı. Trend:

Özbəkistanın Daşkənd şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) növbəti 5-ci Sessiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyada FAO-nun nümayəndələri, beynəlxalq məsləhətçilər, CACFish-in üzvləri qismində Qırğızıstan, Tacikistan, Türkiyə və Azərbaycan, Komissiyanın müşahidəçiləri qismində isə Gürcüstan, Ukrayna, Qazaxıstan və Özbəkistan iştirak ediblər. CACFish-in üzvü olan Ermənistan Sessiyada iştirak etməyib.

Türkiyənin təklifi ilə Komissiyaya ikiillik müddətə Azərbaycanın sədrliyi irəli sürülüb və yekdilliklə qəbul olunub. Komissiyanın sədri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev seçilib.

Sessiyada FAO-nun mütəxəssisləri ilə birgə Azərbaycanda aparılmış balıqçılıq və akvakultura üzrə qanunvericiliyin təkmilləşdirilməsi, yeni balıqçılıq qanununun qəbulu və balıqçılıq sahəsi üzrə müvafiq doqquz hökumət qərarlarının hazırlanması, balıqçılığın idarəetmə sahəsində uğurları xüsusilə qeyd edilib. Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın davamlı inkişafında, hüquqi və siyasi çərçivənin beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluğunun təmin edilməsində, dövlət inkişaf proqramının hazırlanmasında ölkəmiz tərəfindən bir sıra vacib olan tədbirlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu yüksək qiymətləndirilib.

Sessiyada Gürcüstan, Qazaxıstan və Özbəkistanın 2017-ci ildə Komissiyaya üzv olmalarına dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti