...

Qusarda “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2016 13:25 (UTC +04:00)
Qusar rayonunun Hil kəndində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Qusarda “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Qusar rayonunun Hil kəndində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, konfrans iştirakçılarını salamlayan Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov ötən əsrin sonlarında Sovetlər Birliyinin ideoloji böhran həddinə çatdığını, 90-cı illərin əvvəllərində millətlərin və xalqların azadlıq hərəkatı başladığını vurğulayıb. Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edildiyini xatırladan D.İ.Xəlilov Azərbaycanın əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini bildirib.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev “Milli dövlət quruculuğu 25 ildə” adlı məruzəsində bu illərdə dövlət quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb. İ.Vəliyev deyib ki, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində nəzərə çarpan irəliləyiş onun beynəlxalq arenada tanınmasına və öz mövqeyini möhkəmləndirməsinə təkan verib.

Milli Məclisin üzvü Azər Badamov müstəqillik illərində dövlətimizin iqtisadi siyasəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verərək deyib ki, ölkəmizin dayanıqlı inkişaf səviyyəsinin başlıca göstəricilərindən biri iqtisadi sahədə qazanılan uğurlardır. Bu uğurlar Azərbaycanda hökm sürən multikultural mühitdə daha da səmərəli nəticələr əldə etməyə imkan verir.

Sonra Qusar şəhər 1 nömrəli orta məktəbin direktoru Arif Xəlilov “Müstəqillik dövründə Azərbaycan təhsili”, Qusar rayon prokuroru Zahid Vəliyev “Hüquqi islahatlar müstəqillik müstəvisində”, Qusar rayon Gənclər təşkilatının sədri Lamiyə Xəlilova “Dövlətimiz gənclər siyasəti” mövzusunda çıxış ediblər.

Elmi-praktik konfrans müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti