...

Azərbaycanda qanunsuz ova cəhd edən ərəblər saxlanıldı

Cəmiyyət Materials 17 Oktyabr 2016 14:43 (UTC +04:00)
Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman Parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Azərbaycanda qanunsuz ova cəhd edən ərəblər saxlanıldı

Bakı. Trend:

Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman Parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, İraq vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb. Onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb. Qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə ediliblər.

Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti