...

Tərcümə Mərkəzi 2016-2017-ci illər üçün dil kursları təşkil edir

Cəmiyyət Materials 18 Oktyabr 2016 10:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 2016-2017-ci illər üçün dil kursları təşkil edir.
Tərcümə Mərkəzi 2016-2017-ci illər üçün dil kursları təşkil edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 2016-2017-ci illər üçün dil kursları təşkil edir.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkədə fəaliyyət göstərən xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir.

Kurslar interaktiv formatda – şifahi danışıq və yazı mədəniyyətinin təkmilləşdirilməsi üzrə keçirilir.

Müddəti: – 6-12 ay
Məşğələlərin sayı: – həftədə 2 dəfədən az olmamaqla
Dərs saatı: – 90 dəqiqə
Aylıq ödəniş: 120 AZN

Xarici dil öyrənmək istəyən şəxslər və abituriyentlər üçün ingilis, fransız, alman, ispan, rus, türk, fars və ərəb dilləri üzrə dil kursları, tərcümə peşəkarlığı səviyyəsini artırmaq istəyənlər üçün media, maliyyə, iqtisad, hüquq, bədii və humanitar sahələr üzrə ixtisasartırma kursları Mərkəzin Ə. Topçubaşov 74 ünvanında (“Nizami” metrosu yaxınlığında) keçirilir.
İxtisasartırma kursları aşağıdakı dillər və sahələr üzrə təşkil edilir:

1.

İngilis dili

Media

Sığorta

2.

Ərəb dili

Media

3.

Türk

Media

Humanitar

4.

Fars

Media

Hüquq

Humanitar

Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, iki ədəd fotoşəkil və CV forması Mərkəzin [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Kursları bitirən şəxslərə Mərkəz tərəfindən diplom və sertifikatlar verilir.
Əlaqə nömrələri: (+994 12) 595-10-69 (daxili nömrə 123)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti