...

Sulu qəlyanlara məhdudiyyət qoyula bilər

Cəmiyyət Materials 19 Oktyabr 2016 08:04 (UTC +04:00)
Azərbaycanda “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsi artıq hazırdır.
Sulu qəlyanlara məhdudiyyət qoyula bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsi artıq hazırdır.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: “Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir”.

M.Quliyev qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti