...

Yağışın fəsadları - Bir gündə 22 yol qəzası

Cəmiyyət Materials 18 Oktyabr 2016 16:43 (UTC +04:00)
Oktyabrın 17-də qeyri-sabit hava şəraiti nəticəsində Bakıda 22 yol-nəqliyyat hadisəsi baş verib.
Yağışın fəsadları - Bir gündə 22 yol qəzası

Bakı. Samir Əli - Trend:

Oktyabrın 17-də qeyri-sabit hava şəraiti nəticəsində Bakıda 22 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib: "Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib. Qəza hadisələri, əsasən, maneəyə çırpılma və toqquşmalardır".

Xatırladaq ki, oktyabrın 16-da baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər xəsarət almışdı.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi havaların qeyri-sabit keçməsi ilə əlaqədar sürücülərə xəbərdarlıq edərək onları şəhərin avtomobil yollarında ehtiyatlı olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti