...

Növbəti SAT imtahanlarının vaxtı bilindi

Cəmiyyət Materials 18 Oktyabr 2016 17:08 (UTC +04:00)
Növbəti SAT imtahanının dekabr ayının 3-də keçirilməsi nəzərdə tutulur.
Növbəti SAT imtahanlarının vaxtı bilindi

Bakı. Trend:

Növbəti SAT imtahanının dekabr ayının 3-də keçirilməsi nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və noyabr ayının 3-ü saat 09:00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə noyabr ayının 26-ə kimi davam edəcək).

İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti