...

Qusarın mərkəzi bazarında yanğın söndürüldü (YENİLƏNİB)

Cəmiyyət Materials 18 Oktyabr 2016 18:18 (UTC +04:00)
Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.
Qusarın mərkəzi bazarında yanğın söndürüldü (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

X X X

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın davam edir.

Bu barədə Trend-ə Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əvvəlcə 3, daha sonra 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində bazarın 200 kv.m-lik sahəsi yanıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda yanğının yayılmasının qarşısı alınsa da, tam söndürülməyib. Belə ki, bazarın qarşısındakı bir neçə mağazada yanğın davam edir.

Yanğının bazarın paltar satılan mağazalarından birindən başladığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti