...

Nizami Kino Mərkəzində Müstəqillik Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2016 20:25 (UTC +04:00)
Nizami Kino Mərkəzində Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “”Müstəqilliyimizin banisi: Əbədidir Bayrağımız” adlı tədbir keçirilib.
Nizami Kino Mərkəzində Müstəqillik Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Nizami Kino Mərkəzində Nəsimi Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “”Müstəqilliyimizin banisi: Əbədidir Bayrağımız” adlı tədbir keçirilib.

Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Nəsimi İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışlarında Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan və onun siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək idarəçilik təcrübəsinin nəticəsində ölkənin əldə etdiyi uğurlardan, Azərbaycan Bayrağının dünyada tanınmasından söz açıblar.

Həmçinin, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edən müasir azərbaycan gəncliyinin Azərbaycan Bayrağını hər zaman zirvələrə ucaldacağından söz açıb.

Müstəqilliyimizə həsr edilmiş sənədli filmin nümayişindən sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə, ölkəmizi dünya səviyyəsində təmsil edən əməkdar artist Natiq Şirinovun “Natiq Ritm Qrupu”nun, xalq artisiti Ağadadaş Ağayevin və əməkdar artist Ramil Qasımovun çıxışları tədbirə xüsusi rəng qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti