...

“Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”-nda dəyişiklik edilib

Cəmiyyət Materials 19 Oktyabr 2016 03:08 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib
“Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”-nda dəyişiklik edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, qərara əsasən, “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”na 5.3-cü bənd əlavə edilib:

5.3. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na uyğun olaraq qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti