...

Ötən gün Bakıda 2 yol qəzası - 4 yaralı

Cəmiyyət Materials 19 Oktyabr 2016 09:39 (UTC +04:00)
Oktyabrın 18-də Bakıda 2 yol-nəqliyyat hadisəsi baş verib.
Ötən gün Bakıda 2 yol qəzası - 4 yaralı

Bakı. Samir Əli - Trend:

Oktyabrın 18-də Bakıda 2 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin yol qəzaları toqquşma nəticəsində baş verib. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi havaların qeyri-sabit keçməsi ilə əlaqədar sürücülərə xəbərdarlıq edərək onları şəhərin avtomobil yollarında ehtiyatlı olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti