...

Bilik Fondu Müstəqillik Gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2016 16:32 (UTC +04:00)
Prezident yanında Bilik Fondu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə müxtəlif rayonlarda silsilə tədbirlər həyata keçirib.
Bilik Fondu Müstəqillik Gününü qeyd edib (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə müxtəlif rayonlarda silsilə tədbirlər həyata keçirib.

Fonddan Trend-ə verilən məlumata görə, qurumun icraçı direktoru Oktay Səmədov bu münasibətlə Lənkəran Dövlət Universitetində keçirilən “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” mövzusunda elmi-praktik konfransda iştirak edib. Konfrans iştirakçılarını salamlayan Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ötən əsrin sonlarında Sovetlər Birliyinin ideoloji böhran həddinə çatdığını, 90-cı illərin əvvəllərində millətlərin və xalqların azadlıq hərəkatı başladığını vurğulayıb. Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edildiyini xatırladan N.İbrahimov Azərbaycanın əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini bildirib.

O.Səmədov müstəqillik illərdə dövlət quruculuğu, elm, təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O deyib ki, uğurlu daxili və xarici siyasət nəticəsində nəzərə çarpan irəliləyiş Azərbaycanın beynəlxalq arenada tanınmasına və öz mövqeyini möhkəmləndirməsinə təkan verib. Düzgün qurulmuş gənclər siyasəti ölkədə yeni, daha güclü, iradəli və geniş dünyagörüşlü gənc nəslin formalaşmasına stimul verir.

Məruzəçi tarix elmləri namizədi Fəxrəddin Hüseyn tələbələrə Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib.

Sonda Fondun icraçı direktoru O.Səmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını, Dövlət müşaviri akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalını Lənkəran Dövlət Universitetinin kitabxanasına hədiyyə edib.

Fondun Quba rayonu üzrə nümayəndəsi Sara Ağayevanın təşəbbüsü və təşkilatçılığı ilə rayonun I Nügədi 1 nömrəli tam orta məktəbində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil şöbəsinin nümayəndələri, rayonun məktəb direktorları, müəllim və şagird kollektivi, yerli ziyalılar iştirak ediblər. Bilik Fondunun əməkdaşı Vidadi Rzayev tədbirdə çıxış edərək Azərbaycanın müstəqillik tarixindən və 25 ildə siyasi, iqtisadi və beynəlxalq sahədə qazanılan uğurlardan bəhs edib.

Fondun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədovanın təşəbbüsü ilə rayonun akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü liseyində “Müstəqilliyin əbədi olsun, Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra hakimiyyəti, Rayon Təhsil Şöbəsinin nümayəndələri, akademik Z.Əliyeva adına liseyin müəllim, şagird və valideyn kollektivi iştirak edib.

Zaqatalada daha bir tədbir rayonun Çökəkoba kənd tam orta məktəbində keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin nümayəndələri, Göyəm kənd tam orta məktəbi, Sumaylı kənd tam orta məktəbi və Çökəkoba kənd tam orta məktəbinin şagirdləri və müəllim kollektivi, yerli sakinlər iştirak edib.

Bilik Fondunun Şamaxı üzrə nümayəndəsi Gülnur Babaşovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialında da müstəqillik günü münasibəti ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri Ceyhun Musaoğlu, rayonun təhsil işçiləri, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bilik Fondunun Qax, Oğuz, Şəmkir, Nardaran Bilik evlərində də Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbirlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti