...

Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2016 20:55 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümündə Azərbaycan Gimnastika Federasiyası (AGF) öz işinə sevindirici xəbərlə başladı
Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümündə Azərbaycan Gimnastika Federasiyası (AGF) öz işinə sevindirici xəbərlə başladı.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) seçki xarakterli 81-ci Konqresində alınmış qərara əsasən, həmin təşkilatın növbəti Konqresinin keçirilməsi ilk dəfə olaraq AGF-yə həvalə olunub.

2018-ci ilin 2-3 dekabr tarixində Bakıda təşkil olunacaq FIG-nin Ali Orqanı sayılan Konqresində sözügedən quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, 2017-ci ildə paytaxtımız FIG-nin Şura İclasını da qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti