...

Mübariz Qurbanlı Beyləqanda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 20 Oktyabr 2016 09:57 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Mübariz Qurbanlı Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Beyləqan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 7 ) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov
Mob: (050) 562-72-32
Telefon: ( 021) 24-6-62-99
e-mail:[email protected]
www.scwra.gov.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti