...

Abşeronda partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır

Cəmiyyət Materials 20 Oktyabr 2016 12:13 (UTC +04:00)
Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.
Abşeronda partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılar hazırda reanimasiya şöbəsindədirlər:

Abşeronda yaşayış evindəki partlayışın yeni TƏFƏRRÜATLARI

Abşeronda yaşayış evindəki partlayışın yeni TƏFƏRRÜATLARI

"Oktyabrın 20-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki partlayışla bağlı 3 nəfər - 1972-ci il təvəllüdlü Müşfiq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri ilə şöbəyə daxil olublar. Hazırda hər üçünün vəziyyəti ağırdır. Müşfiq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Hazırda xəstələrə lazım olan bütün tibbi yardımlar edilir".

Qeyd edək ki, ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti