...

"Qarabağ geyimləri" kitab-kataloqu təqdim olunub

Cəmiyyət Materials 21 Oktyabr 2016 12:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.
"Qarabağ geyimləri" kitab-kataloqu təqdim olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, müəllifləri Fəzayıl Vəilyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Nəşrdə xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.

Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.

Təqdimat “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində bu gün keçirilib. Tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib.

Tədbir zamanı Elmin İnkişafı Fondunun yeni internet portalının və Fond tərəfindən yaradılmış “e-Qrant” – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin - eksklüziv təqdimatı da baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti