...

Penitensiar Xidmət: Belə məlumatlar böhtan xarakterlidir

Cəmiyyət Materials 21 Oktyabr 2016 12:35 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət bəzi cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq gəririb.
Penitensiar Xidmət: Belə məlumatlar böhtan xarakterlidir

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmət bəzi cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq gəririb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi məlumatlar həqiqəti əks etdirmir.

Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatlıq yaratmaq məqsədi daşıdığını bildirir.

Penitensiar Xidmət bir daha nəzərə çatdırır ki, belə məlumatların heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti