...

Sabaha olan hava proqnozu

Cəmiyyət Materials 23 Oktyabr 2016 12:56 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Sabaha olan hava proqnozu

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti,

Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95 % təşkil edəcək.

Oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti