...

Zərdabda dəhşətli qətl - ər 23 yaşlı arvadının başını kəsib

Cəmiyyət Materials 24 Oktyabr 2016 09:38 (UTC +04:00)
Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Zərdabda dəhşətli qətl - ər 23 yaşlı arvadının başını kəsib

Bakı. Samir Əli - Trend:

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Trend-ə Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti