...

Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2016 11:00 (UTC +04:00)
Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək
Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin fəaliyyət istiqamətlərindən biri də əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsi, onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsidir.

Bu istiqamətdə ənənəvi olaraq təşkil olunan respublika səviyyəli tədbirlərin davamı kimi, cari ilin noyabr ayında Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Baxış-müsabiqəsində əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılacaq. Tədbirin ilk mərhələsi kimi respublikanın bölgələrində bədii yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar zona turnirlərinə cəlb olunacaqlar. Zona turnirlərində seçilərək fərqlənən iştirakçıların baxış-müsabiqəsinin final mərhələsində iştirakı təmin olunacaq.

Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçiriləcək. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində təşkil olunacaq baxış-müsabiqəsinin qaliblərinə mükafatların verilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti