...

Bizdə də audio kitabxana yaradılır

Maraqlı Materials 25 Oktyabr 2016 13:31 (UTC +04:00)
Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək.
Bizdə də audio kitabxana yaradılır

Bakı. Hüseyn Vəliyev - Trend:

Yaxın gələcəkdə Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək. Bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib.

Layihə adı hələ açıqlanmayan mobil operatorun korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçiriləcək.

Məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olanların ədəbi əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Qeyd edək ki, son vaxtlar audiokitablardan istifadə edənlərin sayı artmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti