...

Brüsseldə "Mənim Azərbaycanım" adlı fotosərgi açılıb (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2016 01:47 (UTC +04:00)
Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə növbeti tədbir keçirilib
Brüsseldə "Mənim Azərbaycanım" adlı fotosərgi açılıb (FOTO)

Bakı. Trend:

Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə növbeti tədbir keçirilib.

Azərbaycan Respublkasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirlikdən Trend-ə verilən məlumata görə, 2016-cı il oktyabrın 24-də Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində "Mənim Azərbaycanım" adlı, fotoqraf Orxan Aslanovun foto əsərlərindən ibarət sərginin açılışı keçirilib. Açılış tədbirində çıxış edən Azərbaycan Respublkasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri Fuad İsgəndərov Azərbaycanın, öz müstəqilliyini bərpa etdiyi 1991-ci ildən öten müddət ərzində qət etdiyi inkişaf yolundan ətraflı bəhs etmiş və ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğuladı. O, hazırki sərginin Avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti ilə yaxından tanışlığa imkan yaratdığını əlavə etdi.

Daha sonra çıxış efən fotoqraf Orxan Aslanov "Mənim Azərbaycanim" layihəsinin 2 illik fəaliyyətinin məhsulu olduğunu bildirdi, burada nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırdı.

Sərgidə nümayiş etdirilən fotoşəkillər gecə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti