...

Sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaqlarda görəcəklər

Cəmiyyət Materials 25 Oktyabr 2016 13:15 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişinin daha da yaxşılaşdırılması məqsədilə daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır.
Sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaqlarda görəcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişinin daha da yaxşılaşdırılması məqsədilə daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən “gps” izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək.

Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq “gps” izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcəklər.

Eyni zamanda, “gps” izləmə cihazları vasitəsi ilə müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaq ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcək. Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və.s) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaq.

Bundan başqa, gələcəkdə müntəzəm marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsində, onların göstərdikləri xidmət səviyyəsinin qiymətləndirilməsində “gps” izləmə cihazlarından əldə olunan statistik məlumatlar mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti