...

Azərbaycanda gender zorakılığı ilə bağlı yeni layihə həyata keçiriləcək

Cəmiyyət Materials 25 Oktyabr 2016 13:10 (UTC +04:00)
Azərbaycanda gender zorakılığı ilə bağlı yeni layihə həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi" həyata keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı bu gün layihənin açılış mərasimi keçirilib.

Məradimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, layihə bu gün dünyanın ən mühüm problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasına yönəlib. 2 il müddətində davam edəcək bu layihənin əsas məqsədi müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılmasıdır.

H.Hüseynova bildirib ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri- hökumət təşkilatları ilə səmərəli işbirliyinin olması çox vacibdir: "Mən BMT-nin Əhali Fonduna, Beynəlxalq İnkişaf Agentliyinə göstərdiklərə dəstəyə və daimi olaraq Azərbaycanla əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu təşkilatlar təkcə bizim komitəmizlə deyil, müvafiq dövlət qurumları ilə də qadın hüquqlarının müdafiəsi, reproduktiv sağlamlıq, sosial və digər mövzularla bağlı əməkdaşlıq edirlər. Əlbəttə ki, biz bu tərəfdaşlıqdan, xüsusilə də ekspertlərin hazırlanmasında və təcrübə mübadilələrinin aparılması sahəsində olan əməkdaşlıqdan qazanırıq. Artıq bizim kifayət qədər mütəxəssislərimiz var ki, onlar qadın və uşaq hüquqlarının müdafiəsi, o cümlədən, qanunvericilik sahəsinin gücləndirilməsi və digər istiqamətləridə beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər".

BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa Azərbaycan hökumətinin zorakılıqla mübarizə sahəsində gördüyü bütün işləri alqışladıqlarını söyləyib. O qeyd edib ki, ötən müddətdə komitə və UNFPA tərəfindən bir çox layihələr həyata keçirilib: "Sözsüz ki, bir çox məhdudiyyətlər hələ də qalmaqdadır. Qadınların zorakılığa məruz qalmamaları üçün bir çox tədbirlər görülməlidir. Azərbaycanda qadınlara qarşı zorakılığın bütün hallarının qarşısını almaq üçün yeni layihənin həyata keçirilməsinə komitə çox böyük dəstək verib. Bizim gözləntilərimizə əsasən, bu layihənin uğurla həyata keçirilməsi zorakılığa məruz qalanlara dəstəyin göstərilməsi, profilaktika, məsuliyyətə cəlb etmə istiqamətində qanunvericilik bazasını, həm də bütövlükdə ölkədə potensialı artıracaq".

USAİD-in missiya rəhbərinin müavini Vilyam Gill deyib ki, dünyada hər 3 qadından biri fiziki, yaxud cinsi zorakılığa məruz qalır: "Bu cür zorakılıqlar həm emosianl zədələrə, həm də fiziki əlilliyə gətirib çıxarır, bəzən isə ölümlə nəticələnir. Qadınlara qaşı zorakılıq gender bərabərsizliyinin kəskin formasıdır. Bu mənada ayrı-ayrı hökumətlər, strateji tədbirlər həyata keçirərək həm fərdi, həm də struktur səviyyədə institusional işlər görməldirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti