...

Azərbaycanın azyaşlı şahmatçıları Baş konsulluqda olublar (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2016 18:24 (UTC +04:00)
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğunda Batumidə şahmat üzrə beynəlxalq turnirin Azərbaycandan olan 12 yaşadək iştirakçılarının rəsmi qəbulu təşkil olunub.
Azərbaycanın azyaşlı şahmatçıları Baş konsulluqda olublar (FOTO)

Bakı. Trend:

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğunda Batumidə şahmat üzrə beynəlxalq turnirin Azərbaycandan olan 12 yaşadək iştirakçılarının rəsmi qəbulu təşkil olunub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, baş konsul Rəşad İsmayılov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib.

Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan R.İsmayılov yeniyetmə sahmatçılara Batumidə keçirilən beynəlxalq turnirdə yüksək nailiyyətlər arzulayaraq onlara hədiyyələr təqdim edib.

Sonda idmançılarla xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Azərbaycan idmançıları bu çempionatda "SOCAR Georgia" şirkətinin maliyyə dəstəyi ilə iştirak edirlər. Dünya çempionatında 66 ölkədən olan 728 iştirakçı, o cümlədən Gürcüstandan 100-dən çox şahmatçı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti