...

DAAD-nın Bakı Ali Neft Məktəbində təqdimatı (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2016 10:43 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) müəllim heyəti və V kurs tələbələrinin Alman akademik mübadilə xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirilib.
DAAD-nın Bakı Ali Neft Məktəbində təqdimatı (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) müəllim heyəti və V kurs tələbələrinin Alman akademik mübadilə xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözu ilə açan BANM-in rektoru Elmar Qasımov deyib: “Bu gün biz tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etmələri üçün yeni imkanlar yaradırıq. Əminəm ki, ölkəmizin ən güclü ali məktəblərinin məzunları kimi siz Almaniyanın ən nüfuzlu universitetlərində Azərbaycanı layiqincə təmsil edəcəksiz”.

Rektor qeyd edib ki, BANM-ni bu il bitirən tələbələrin bir neçəsi müxtəlif təşkilatlardan, o cümlədən, SOCAR-ın müəssisələrindən iş təklifləri alıblar. Bu, BANM-də yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının göstəricisidir. Rektor bildirib ki, tələbələrin həmçinin magistraturada, eyni zamanda başqa ölkələrdə təhsillərini davam etdirməsi onlara daha dərin bilik və bacarıqlar əldə etmək imkanı verir. Elmar Qasımov qeyd edib ki, DAAD-nin bu proqramı tələbələrin ilk növbədə xaricdə təhsillərini davam etdirə bilməsini dəstəkləyəcək.
Görüşdə öz təqdimatı ilə çıxış edən DAAD-ın nümayəndəliyinin əməkdaşı Rəna Hüseynova təşkilat və onun fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-in əməkdaşlığından danışıb. Rəna Hüseynova bildirib ki, Alman akademik mübadilə xidməti özündə 238 alman ali təhsil müəssisəsini, dünya üzrə 15 xarici nümayəndəliyi birləşdirir və hər il təxminən 100.000 təqaüd verir.

Qonaq, həmçinin görüş iştirakçılarını DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Sözügedən programın Almaniyanin ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını və bununla intellektual gənclərə dəstək olduğunu vurgulayıb. R.Hüseynova Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi barədə və ərizələrin verilməsi qaydaları haqqında da ətraflı məlumat verib. Görüşün sonunda Rəna Hüseynova BANM-in müəllimlərinin və tələbələrinin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti