...

Mübariz Qurbanlı Beyləqanda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2016 13:20 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edib.
Mübariz Qurbanlı Beyləqanda vətəndaşları qəbul edib  (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan şəhərində Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar. Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda 19 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb. Qəbula gələnlər yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti