...

ASAN könüllüləri Binəqədi RİH-də təcrübəyə başlayıb (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2016 15:52 (UTC +04:00)
Oktyabrın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 5-ci qrupunun üzvləri ilə görüş keçirilib.
ASAN könüllüləri Binəqədi RİH-də təcrübəyə başlayıb   (FOTO)

Bakı. Trend:

Oktyabrın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 5-ci qrupunun üzvləri ilə görüş keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.

Tanışlıqdan sonra ASAN könüllülərinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşü keçirilib.

A.Əliyeva Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışıb, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib. Natiq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb.

Natiq çıxışında Azərbaycanda gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, ASAN könüllülərinin Binəqədi rayon İcra Hakimiyyətində əldə edəcəyi təcrübənin onlara gələcək işlərində müsbət töhfə verəcəyini bildirib.

Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsinin əməkdaşı Əsli İbrahimli “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsinin yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirib.
Görüşdən sonra ASAN könüllüləri ilə çay süfrəsi ətrafında səmimi söhbət davam etdirilib.

Qeyd edək ki, bu gündən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti