...

200-dən artıq avtonəqliyyat vasitəsi sahibinə xəbərdarlıq edildi (VİDEO/FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 11:06 (UTC +04:00)
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.
200-dən artıq avtonəqliyyat vasitəsi sahibinə xəbərdarlıq edildi (VİDEO/FOTO)

Bakı. Trend:

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib.

DYP əməkdaşları tərəfindən protokollar Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 34-1 və İnzibati Xətalar məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, bundan sonra normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.

Tələblərin pozulması halları “Azəravtoyol” ASC-nin M-1 Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 67-ci və 84-cü, həmçinin M-2 Baki-Ələt-Gazax-Gürcustan dövlət sərhədi avtomobil yolunun 46-cı və 244-cü km-də fəaliyyət göstərən Tərəzi Nəzarət Məntəqələrində öncədən görən elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır.

İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” ASC-nin texniki vasitələr (elektron tərəzilər) həmin informasiya sisteminə inteqrasiya olunub. Bu üzdən tələbləri pozan və DYP əməkdaşının saxla əmrinə tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron

Məqalədə:
Xəbər lenti

Xəbər lenti