...

Mütəxəssis məsləhəti: 35 yaşdan sonra tibbi müayinələr daha intensiv aparılmalıdır

Cəmiyyət Materials 10 Noyabr 2016 07:47 (UTC +04:00)
Bu gün dünyada, o cümlədən Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.
Mütəxəssis məsləhəti: 35 yaşdan sonra tibbi müayinələr daha intensiv aparılmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün dünyada, o cümlədən Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir. Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, ürək-damar xəstəliklərinin artmasının bir çox səbəbləri var:

“Bu səbəblər içərisində tibbi diaqnostikanın inkişafı da var. Əgər əvvəllər ürək-damar xəstəlikləri diaqnoz qoyulmaqla müəyyən edilmirdisə, indi bu xəstəlikləri müəyyən etmək üçün texnika və tibbi avadanlıqlar var. Bu, xəstəliyin statistikasında yüksəlməyə səbəb olur. Digər səbəb odur ki, dünyada stress fonu, həyat tərzi, kommunikasiyanın və texnologiyanın inkişafının insanlar üzərində təsiri birmənalı olaraq ürək damar xəstəliklərinin riskini artırır”.

Onun sözlərinə görə, bu xəstəlikdə hazırda cavanlaşma müşahidə olunur: “Cavanlaşmaya səbəb risk faktoru olaraq stressin çox olması, hərəkətsiz, oturaq həyat tərzidir. Gündəlik hərəkət etməni xeyli azaltmışıq. Bu, insanlarda ürək-damar xəstəlikləri üçün ən böyük əsasdır. Bunlar isə Azərbaycanda da bu xəstəliyin cavanlaşmasına səbəb olur".

R.Mahmudov yalnış qidalanmanın da ürək-damar xəstəliklərinin inkişafına yol açdığını bildirərək hansı yaşdan sonra ürək xəstəlikləri ilə bağlı müayinədən keçmək lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya təcrübəsində qəbul olunan reallıq var ki, 35 yaşdan sonra yoxlamalar daha intensiv şəkildə aparılmalıdır:

"Ailədə risk varsa, tibbi müayinə daha tez edə bilərlər. Qazanılmış ürək damar xəstəliklərinin çoxunun təməli qida rasionundakı dəyişikliklərdir. Gənclərin istifadə etdiyi qidaları nəzərə alaraq dünyada böyük təhlükə yarandığı qeyd olunur. Hətta bu xəstəliyin 6-7 yaşdan etibarən başladığı barədə xəbərdarlıq edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti