...

Ərəb nəşri: Naxçıvan Körfəz turistləri üçün ideal istirahət məkanına çevrilir (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 15:29 (UTC +04:00)
Ləziz və çeşidli mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm sürməsi Naxçıvanı Körfəz turistləri üçün ideal istirahət məkanı edir.
Ərəb nəşri: Naxçıvan Körfəz turistləri üçün ideal istirahət məkanına çevrilir  (FOTO)

Bakı. Trend:

Ləziz və çeşidli mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm sürməsi Naxçıvanı Körfəz turistləri üçün ideal istirahət məkanı edir.

Bunu oktyabrın 4-9-da Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin təşəbbüsü ilə, ölkəmizdə səfərdə olan BƏƏ-nin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin səfərdən sonra Azərbaycan haqqında silsilə məqalələri çərçivəsində bu gün “Naxçıvan öz irsi və təbiətinin sehri ilə qəlbləri məftun edir və gözləri heyrətləndirir” başlıqlı məqaləsində (http://www.alfajr-news.net/node/123092) yazır.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalə qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb. Çap variantında müxtəlif rəngli şəkillərlə əhatə olunan qəzetin bir səhifəsi tamamilə məqaləyə həsr edilib.

Baş redaktor səyahət sevənlərə və elm adamlarına xitabən sehrli təbiətinə, mötədil havasına, müxtəlif turizm və tarixi yerlərinə, eləcə də müalicəvi sularına və arxeoloji abidələrinə görə Naxçıvan Muxtar Respublikasının dünyanın ən gözəl guşələrindən və ən cəlbedici turizm istiqamətlərindən biri olduğunu qabardıb, möhtəşəm incəsənət işlərinin və memarlıq üslubunun sintezinin əks olunduğu bina və digər tikililərin gözəlliyinin Naxçıvan şəhərinə özünəməxsus unikallıq qazandırdığını oxucuların diqqətinə çatdırıb.

Ərəb və müsəlmanları öz mədəni ənənələrinə yaxın hesab edən yerli əhalinin xoş, qonaqpərvər və kəramətli rəftarı ilə rastlaşdığını vurğulayan Ş.Əl-Bəsil yuxarıda sadaladığı amillər, ləziz və çeşidli mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm sürməsinin bu diyarın Körfəz turistləri üçün ideal istirahət məkanı etdiyini önə çəkib, son illər ərzində turizm sektorunda yaradılan şəraitin gələn qonaqların xəyallarında silinməz iz qoyduğunu xüsusilə qeyd edib.

Naxçıvanda səfəri müddətində iməcilik ənənəsi ilə üzləşdiyinə diqqət çəkən məqalənin müəllifi bu ənənənin əsasının Ümummilli Lider Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründən qoyulduğunu, hər şənbə günü keçirilən iməcilikdə Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun şəxsən iştirak etdiyini və yerli camaatın həmin ənənədə fəal iştirakının torpağına və Vətəninə sevgidən qaynaqlandığını oxucuların nəzərinə çatdırıb.

Sonra məqalədə Naxçıvanda turizm və müalicəvi turizm sahəsində dünya standartlarına uyğun şəraitdən geniş bəhs edilib, Duzdağı Fizioterapiya Mərkəzi ətrafında dayanılıb, orada Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmiş peşəkar mütəxəssislərin çalışdığı və Türkiyə, Rusiya, İsveçrə, Norveç və başqa ölkələrdən qonaqların gəldiyi barədə məlumat verilib.

Naxçıvandakı tarixi abidələrə gəlincə, bu mövzuda Ş.Əl-Bəsil VII əsrdə İslam memarlıq üslubunda tikilmiş Yəzdəgird qalası, Nuh türbəsi, Möminə Xatun türbəsi, Əshabi-Kəhf mağarası və ayrı-ayrı abidə və muzeylər haqqında müfəssəl məlumatlar təqdim edib, “Naxçıvan” sözünün “Nuhun diyarı” kimi də açıqlandığını məlumat üçün bildirib və ərəb turistlərinə həmin yerləri ziyarət etməyi tövsiyə edib.

Eyni zamanda bu abidələrin bərpası və qorunması işində mərhum Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun özəl diqqəti qeyd edilib, son illər ərzində Azərbaycanın digər yerlərində olduğu kimi, muxtar respublikada da hərtərəfli sürətli inkişaf haqda söhbət açılıb.

Baş redaktor Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Ali Məclisinin Sədrinin rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilən inkişaf strategiyasının bəhrəsi olaraq əhalinin sosial rifahının daha da yüksəldiyini müşahidə etdiyini yazaraq, Naxçıvan Muxtar Respublikasında idman, incəsənət və mədəniyyət sektorları ilə yanaşı, avtomobil sənayesi, müalicəvi sular, xalçaçılıq, əl işləri, kənd təsərrüfatı və digər sahələrin yaxşı inkişaf etdiyini qabardıb, buranın dağlarında və dağlıq ərazilərində yetişən çiçək və otların çaya qatıldıqda inanılmaz dad verdiyini və insan orqanizmi üçün son dərəcə xeyirli olduğunu xüsusilə qeyd edib, Naxçıvanda bütün ərzaq məhsullarının orqanik olduğunu vurğulayıb.

Ş.Əl-Bəsil məqaləsində deyi: ““Naxçıvan şəhəri “ecazkar şəhər titulu”na layiqdir. Ona görə ki, bu şəhər məftunedici mənzərələri olan malik sehrli təbiətə, yumşaq havaya, qədim tarixə, dəbdəbəli mehmanxanalara, möhtəşəm istirahət mərkəzlərinə malikdir və ən əsası da, əhalisi qonaqpərvərdir. Əshabi-Kəfin şəhəri olan Naxçıvan dünya şəhərlərinə oxşamayan unikal şəhərdir. Şəhərə səfər yaddaşlardan silinmir, insan qəlbini məftun edir və yenidən səfər etmək vurğunluğu yaradır”.

Məqalədə, həmçinin Naxçıvanın dünyanın ən təmiz və ən təhlükəsiz güşələrindən biri olduğu, burada internetin bütün əraziləri əhatə etdiyi, fikir və ifadə azadlığının tam təmin olunduğu qabardılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti